Tərtərdə zorla qız qaçırılıb
28 Aprel 2011 Cümə Axşamı 16:11
Polis araşdırmaya başlayıb
Azərbaycanın Tərtər rayonunda 20 yaşlı qız qaçırılıb. Bu barədə ANS PRESS-ə qızın əmisi Habil Abbasov məlumat verib. Onun sözlərinə görə, aprelin 25-də 17 yaşı hələ tamam olmamış S.A. valideynləri işə getdikdən sonra ağ rəngli “VAZ-2107” markalı “Jiquli”yə zorla mindirərək Şotlanlı kəndinə aparılıb. Onlar orada qızı ağ rəngli “VAZ-2106” markalı maşına təhvil veriblər. Həmin avitomobillə isə qızı Bakı şəhərinə aparıblar.
Habil Abbasovun sözlərinə görə, hadisə barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat verilsə də, üç gündür ki, qardaşı qızından xəbər yoxdur. Artıq “VAZ-2107” markalı maşını idarə edən Şəmsi adlı şəxs saxlanılıb. O, polisə verdiyi ifadəsində qızın evlənmək məqsədilə Kəlbəcər rayonundan olan dostu tərəfindən qaçırıldığını etiraf edib.
Abbasovun dediyinə görə, Kəlbəcər rayonundan olan həmin şəxs bir neçə dəfə qıza elçi düşüb, amma qızın könlü olmadığından, eyni zamanda qız həddi-buluğa çatmadığından rədd cavabı verilib.
Bu barədə ANS PRESS-ə rayon polis şöbəsindən faktı təsdiqləyərək bildirdilər ki, hazırda faktla bağlı heç kim saxlanılmayıb. Qaçırılan qızın isə 20 yaşlı olub. Hazırda əməliyyat qrupu yaradılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: