Hadisə

Tərtərdə əsgər yoldaşını öldürdükdən sonra intihar edib

Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki əsgər yaralanıb.

· Xəbərçi
Tərtərdə əsgər yoldaşını öldürdükdən sonra intihar edib
Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələnən cinayət hadisəsi baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib və sonra da özünü öldürüb. Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki əsgər yaralanıb. Onların vəziyyəti kafidir.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Şərhlər