Hadisə

Telefon mağazasında yanğın

Bakıda telefon mağazasında yanğın baş verib, Hadisə zamanı xəsarət alan olmayıb

· Xəbərçi
Telefon mağazasında yanğın

Bu gün Bakının Nəsimi rayonu ərazisində yerləşən telefon mağazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın saat 12.00 radələrində Azadlıq prospekti 19 ünvanında yerləşən telefon mağazasında olub. Hadisə yerinə 3 yanğınsöndürən maşın göndərilib. Yanğının qarşısı qısa zamanda alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri məlum deyil.

/ANS PRESS/

Şərhlər