Tarik Əziz ölüm hökmünün tez reallaşdırılmasını xahiş edib
18 Avqust 2011 Cümə Axşamı 16:56
O, İraqın baş nazirinə bu barədə müraciət edib
İraqın keçmiş xarici işlər naziri və baş nazirin müavini Tarik Əziz ölkənin hazırki baş naziri Nuri əl-Malikiyə müraciət edərək məhkum olunduğu ölüm cəzasının mümkün qədər tez reallaşdırılmasını xahiş edib. Keçmiş nazirin vəkili Badia Arif bildirib ki, Tarik Əziz ona bu barədə məktub verib və orada bu son istəyinin yerinə yetirilməsini, yəni edam gününün yaxınlaşdırılmasını istəyib. Səbəb isə diabet, hipertoniya və insultdan əziyyət çəkən Tarik Əzizin səhhətinin hər gün daha da pisləşməsidir.

Xatırladaq ki, İraqın keçmiş prezidenti Səddam Hüseynin ən yaxın tərəfdaşı sayılan Tarik Əziz ötən il oktyabrın 26-da ölüm cəzasına məhkum olunub. İraqın ali məhkəməsi onu 1999-cu ildə şiə müsəlmanlara qarşı amansızlıqda günahkar hesab edib. 2010-cu ilin noyabrında isə İraqın prezidenti Cəlal Tələbani Tarik Əzizin ölüm hökmünü imzalamaqdan imtina etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar