Şimali İraqda terrorçular girovları partlatdı
30 Mart 2011 Çərşənbə 01:18
İnzibati binada girov götürülənlər yüksək rütbəli məmurlar olublar
Şimali İraqda baş verən terror aktı nəticəsində azı 45 nəfər ölüb. Terrorçuların ələ keçirdiyi inzibati binada olan polis əməkdaşlarının məlumatına görə, onlar özlərini girovlarla birlikdə partladıblar. Hər üç girov həlak olub. Onlar yüksək rütbəli məmurlardır.
Qeyd edək ki, edam olunan keçmiş İraq lideri Səddam Hüseynin doğma şəhəri Tikritdəki inzibati binanın qarşısında partlayış törədilib. Terrorçu bomba bağlanmış kəmərlə özünü binanın əsas girişində özünü partladıb. Administrasiya əməkdaşları arasındakı təşvişdən sui-istifadə edən silahlı şəxslər binaya soxularaq, bir neçə nəfəri girov götürüblər.
DOSTLARINLA PAYLAŞ: