Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayon sakini İlham Cəfərovun idarə etdiyi “VAZ-2106” və Düyərli kənd sakini İsmayıl Qurbanovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə İ.Qurbanov hadisə yerində ölüb, onun həyat yoldaşı Zərifə Qurbanova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. ANSPRESS
Şəmkirdə ər ilə arvad yol qəzasına düşdü
Şəmkirdə ər ilə arvad yol qəzasına düşdü. Qadın xəsarət aldı, ər öldü.




Şərhlər