Şəkidə VI əsrə aid qədim qəbir tapılıb
13 May 2011 Cümə 15:10
Qəbirdən həmin dövrə aid maddi sübütlar aşkarlanıb
Şəkinin Dəhnə kəndində Qafqaz Albaniyasına aid sarkofaq aşkarlanıb. Ərazidə arxeoloji qazıntı işləri aparan Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Nəsib Muxtarov aşkarlanan sandıq qəbirin həmin ərazidə eradan əvvəl VI əsrin 1-ci yarısında burada yaşayış məskəninin izləri olduğunu deməyə əsas verdiyini bildirib. Sarkofaqda 2 nəfərin dəfn olunduğunu deyən arxeoloq qazıntılar zamanı qəbirdən həmin dövrə aid maddi sübutların tapıldığını da qeyd edib.

“Maraqlı cəhət odur ki, bu qab qırığının üzərində 4 yerdə möhür var. Amma ikisi bir cür, ikisi isə başqa cürdür. Bu həm də ərəb hərflərinə, yəni kufi xəttinə oxşayır. Kufi xətti də elə bu dövrə təsadüf edir. IV əsrdə kufi xətti ilə möhür Azərbaycanda çox yayılmışdı. Ola bilər ki, sənətkarın möhrüdür, su, ruhlarla bağlı duadır”.

Elmi işçinin sözlərinə görə, qəbrin tapılması bu ərazidə daha böyük abidələrin açılışı üçün istiqamət verə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar