Azərbaycanın Şəki şəhərində qətl hadisəsi törədilib. Şəki şəhər Polis
Şöbəsinin rəis müavini Niyazi Məmmədovun ANS-ə verdiyi məlumata görə, meyit Kiş çayı sahilində tapılıb.
Çoxsaylı bıçaq yaraları olan meyit müayinə edilib. Araşdırma zamanı müəyyən edilib ki, qətlə yetirilən şəxs Paşayev Tehran Ağakişi oğludur. Artıq hadisəni törədən şəxs də müəyyən edilib. Bu, 1962-ci il təvəllüdlü Şəki şəhər sakini Etibar Sabir oğlu Salаmzadədir.
Baş vermiş qətl hadisəsi ilə bağlı Şəki şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. ANSPRESS
Şəki şəhərində qətl hadisəsi törədilib
Tehran Paşayev öldürülərək Kiş çayına atılıb




Şərhlər