Bu gün səhər Bakıda Sədərək Ticarət Mərkəzində bədbəxt hadisə baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin məlumatına görə, ticarət mərkəzinin köçürülməsi ilə əlaqadar söküntü işləri aparan ekskavator divarı uçurarkən, iki nəfər dağıntıların altında qalaraq ölüb. Şahidlərin sözlərinə görə, ölənlərin hər ikisi yarmarkanın işçiləridir. Onlardan birinin - satıcı işləyən 30-35 yaşlarında İldırım adlı şəxs olduğu bildirilir. Digərinin şəxsiyyəti isə bəlli deyil.
Qeyd edək ki, hadisə yerində olan müstəntiq və polis əməkdaşları ANSPRESS-in müxbirinə məlumat verməkdən yayınıblar. /ANS PRESS/