Hadisə

Saxta içkidən 16 nəfər öldü

Kustar üsulla hazırlnan arağın tərkibində metil spirti olub

· Xəbərçi
Saxta içkidən 16 nəfər öldü
İndoneziyanın Cava adasındakı Cogcakarta şəhərində 16 nəfər spirtli içkidən zəhərlənərək ölüb. Yerli polisin yaydığı məlumata görə, ev şəraitində kustar üsulla hazırlanmış içkinin tərkibində metil spirti aşkar olunub.

Saxta içkini satmaqda şübhəli bilinən 5 nəfər isə həbs olunduğu bildirilir.

Xatırladaq ki, ötən il İndoneziyanın Bali adasında oxşar hadisə nəticəsində 25 nəfər həyatını itirmişdi. ANSPRESS

Şərhlər