Şamaxı rayonununda piyada maşın zərbəsinə tuş gəlib. Daxili İşlər Nazirliyinin mətbuat ximətindən verilən məlumata görə, hadisə gündüz saat 11.50 radələrində Çarhan kəndi ərazisində baş verib.
Kənd sakini Mirşah Bəndalıyev idarə etdiyi "QAZel" markalı avtomaşınla həmkəndlisi Ağamurad Zərbəliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilib A.Zərbəliyev orada ölüb.
Faktla bağlı Şamaxı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır. ANSPRESS
Şamaxıda yol qəzasında piyada ölüb
Çarhan kənd sakini Mirşah Bəndalıyev idarə etdiyi "QAZel" markalı avtomaşınla həmkəndlisi Ağamurad Zərbəliyevi vurub.




Şərhlər