Şamaxıda asfalt zavodunda partlayış
25 Mart 2009 Çərşənbə 15:56
Şamaxı rayonunda İtaliyanın “Todini” tikinti şirkətinə məxsus asfalt zavodunda partlayış baş verib. APA-nın xəbərinə görə, səhər saat 08:15 radələrində zavodun anbarında yanğın başlayıb.
Yanğın anbardakı dizel yanacağı və bitumla dolu çəlləklərdə partlayışın baş verməsinə səbəb olub. Nəticədə hadisə yerində olan Şamaxı rayonu Dağ Bağırlı kənd sakini Soltanəhəd Qəfərov ölüb, iki nəfər isə yaralanıb. Kürdəmir rayon Aran qəsəbənin sakini Hacı Melay oğlu Əliyev 2-ci və 3-cü dərəcəli texniki-yanıq xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına, Şamaxı rayonu Mədrəsə qəsəbəsinin sakini Niyaz İsa oğlu Məmmədov isə eyni dərəcəli xəsarətlə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisənin anbarda aparılan qaynaq işləri zamanı ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
DOSTLARINLA PAYLAŞ: