Şagirdə şallaq cəzası
21 Yanvar 2010 Cümə Axşamı 21:55
Hadisə Səudiyyə Ərəbistanında baş verib
Səudiyyə Ərəbistanında məhkəmə yerli məktəblini oxuduğu məktəbin direktoruna hücum etdiyinə görə 90 şallaq cəzasına və iki ay müddətinə azadlıqdan məhrum edib. Bu barədə Səudiyyə Ərəbistanının "Əl-Vətən" qəzeti məlumat verib.

Məlumatda deyilir ki, qız direktorun məktəbə gətirilməsi qadağan olunan fotoaparatlı mobil telefonu ondan almasından sonra fincanı onun başına çırpıb.

Direktorun xahişilə məhkəmə mühakimə olunana şallaq cəzasının “tərbiyedici ölçü kimi” məktəbdə həyata keçirilməsi barədə qərar çıxarıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar