“S.A.B.A. şirkəti” MMC-yə 4,4 min manat cərimə kəsilib
06 Sentyabr 2011 Çərşənbə Axşamı 20:09
İqtisadi İnkişaf Nazirliyi tərəfindən aparılan yoxlama zamanı müəssisədə istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “S.A.B.A. şirkəti” MMC-yə qarşı 4,4 min manat maliyyə sanksiyası tətbiq edilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-Qərb ünvanında yerləşən “S.A.B.A. şirkəti” MMC istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilib.
“S.A.B.A. şirkəti” MMC-yə məxsus istehsalat sahəsində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı müəssisədə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmaması və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması, dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi, habelə məhsulların etiketində istehsalçı müəssisə, qida və enerji dəyərinin göstərilməməsi aşkar edilib.
DOSTLARINLA PAYLAŞ: