Rusiyada azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib
26 İyul 2011 Çərşənbə Axşamı 14:58
Kimliyi müəyyənləşdirilməyən erməni ov tüfəngindən atəş açaraq 3 azərbaycanlını yaralayıb.
Rusiyanın Dzerjinski (Nijeqorod dairəsi) şəhərində yerləşən kafelərdən birində Azərbaycan və Ermənistan əsilli şəxslər arasında insident yaşanıb. ANS PRESS-in Rusiya məıtbuatına istinadən verdiyi məlumata görə, silahlı insident “Starıy Baku” kafesində baş verib.

Məlumata görə, kafedə azərbaycanlı şəxslər əyləşən zaman obyektə ermənilər daxil olublar. Bu zaman iki tərəf arasında mübahisə yaranıb. Gələn ermənilərdən biri mübahisə zəminində ov silahından 3 dəfə atəş açıb. Atəş nəticəsində iki nəfərin sol əlindən yaralanıb. Digər bir nəfərin isə aşağı ətrafının yumşaq toxuması zədələnib.

Şübhəli şəxs hadisə yerindən qaçaraq uzaqlaşa bilib. Hazırda onun kimliyi müəyyənləşdirilir. Münaqişənin nə səbəbdən baş verdiyi araşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar