Rusiyada Azərbaycan vətəndaşı güllələnib
13 Dekabr 2010 Bazar Ertəsi 12:40
28 yaşlı həmyerlimizə 7 dəfə atəş açılıb
Rusiyanın paytaxtı Moskvanın şərqində Azərbaycan vətəndaşına üç naməlum şəxs tərəfindən silahlı hücum olub. ANS PRESS-in “Vesti.ru”ya istindən verdiyi xəbərə görə, insident səhər saat 4 radələrində baş verib.

Məlumata görə, “Qrajdanski” küçəsi, 3-də 24 saat işləyən mağazaya üç naməlum şəxs daxil olub və satıcı 28 yaşlı Azərbaycan vətəndaşı ilə mübahisə etməyə başlayıblar.

Hüquq-mühafizə orqanlarından “İnterfaks”a verilən məlumata görə, mübahisədən sonra cinayətkarlardan biri travmatik tapançadan azərbaycanlıya 7 dəfə atəş açıb.

Nəticədə döş qəfəsi və sağ çiynindən güllə yaraları alan şəxs xəstəxanaya yerləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar