Hadisə

Ruhi xəstə arvadını qətlə yetirib

Kamal Zeynalov qətli ailə münaqişəsi zəminində törədib

· Xəbərçi
Ruhi xəstə arvadını qətlə yetirib

Ağsu rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, rayonun Kəndoba kənd sakini, ruhi xəstə Kamal Zeynalov ailə münaqişəsi zəminində arvadı İlhaməni küt alətlə qətlə yetirib. Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində K. Zeynalov tutulub. Onun barəsində Ağsu rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. /ANS PRESS/

Şərhlər