Rəfiqəsini elektroşokla vurdu
09 Yanvar 2010 Şənbə 21:05
Rəfiqəsini elektroşokla vurdu. Hadisə Florida ştatında baş verib.
Birləşmiş Ştatların Florida ştatının 29 yaşlı sakini Debora Dauninq Milad bayramı münasibətilə onu təbrik edərək qucaqlamaq istəyən rəfiqəsini elektroşokla vurduğuna görə, həbs edilib.

Debora Dauninq üçün 15 510 dollar həcmində girov müəyyən edilib. Ona qarşı xəsarət yetirmə və məhkəməyə qədər həbsdən azad edilmə şərtlərinin pozulması ilə əlaqədar ittiham irəli sürülüb.

Pasko dairəsinin Polis İdarəsinin məlumatına görə, Şeri Brennan rəfiqəsini maşınına mindirib. Daha sonra Brennan Dauninqi qucaqlayaraq Milad bayramını təbrik etmək istəyərkən cavabında gözləmədiyi halda elektroşok zərbəsi alıb.

Brennan polisə ifadəsində bildirib ki, əvvəllər onun Dauninqlə münasibətləri o qədər də yaxşı olmayıb. Lakin o, aralarında yaranan fikir ayrılığının aradan qalxıdığına əmin olduğunu bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar