Hadisə

Quyruqsuz buzov doğulub

Siyəzən rayonunda qeyri-adi hadisə baş verib

· Xəbərçi
Quyruqsuz buzov doğulub
Siyəzən rayonunun Daşlı Calğam kəndində qəribə hadisə baş verib. Belə ki, sözügedən kənddə quyruqsuz buzov doğulub. Kənd sakini Naid Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, malqara saxladığı tövlədə hamilə buzovun quyruqsuz buzov doğduğunu görüb. Ev sahibi bildirib ki, bu buzov sayca dördüncü baladır. Onun sözlərinə görə, bundan əvvəlki buzovlarda bu cür qeyri-adi hal müşahidə edilməyib.

Ev sahibi bu haqda Siyəzən Baytarlıq İdarəsinə müraciət edəcəyini söyləyib. Siyəzən Baytarlıq İdarəsinin rəisi Seyfulla Qasımov bildirib ki, onlarda bu barədə hələ məlumat yoxdur. O deyib ki, bundan əvvəl rayonun ərazisində ikibaşlı quzu doğulub. Onun sözlərinə görə, bu cür hallar genetik pozğunluq ya da xromosom çatışmazlığı zamanı olur. ANSPRESS 

Şərhlər