“Quest Net” şirkəti insanları aldadıb
03 Mart 2009 Çərşənbə Axşamı 17:40
"Quest Net" şirkətinin Azərbaycanda fəaliyyət göstərən bəzi nümayəndələri insanları aldadıb”. APA-nın məlumatına görə, bunu "Quest Net" şirkətinin elektron ticarət üzrə ba
“Quest Net” şirkətinin dünyanın 160 ölkəsində fəaliyyət göstərdiyini vurğulayan V. Diiambor şirkətin Azərbaycanda agentlik səviyyəsində təmsil olunduğunu bildirib: “Şirkətin burda fəaliyyət göstərən nümayəndələri insanlara yalnış məlumat verməklə məşğul olub. Biz insanları öz sıralarımıza düşünülmüş şəkildə dəvət edirik. Onlar isə burda insanları aldadaraq onlara şirkət haqqında yalan məlumat veriblər. Hətta məndə olan məlumata görə, Azərbaycanda bəzi şəxslər mənim adıma olan sənədləri öz adlarına saxtalaşdırıb”. Şirkət haqqında insanlarda yaranan qeyri-dəqiq təsəvvürün aradan qaldırılması məqsədi ilə Azərbaycanda nümayəndəlik açmaq qərarına gəldiklərini söyləyən V. Diiambor bu istiqamətdə aidiyyəti orqanlarla danışıqlar aparıldığını bildirib. O, həmçinin Azərbaycana səfəri çərçivəsində Daxili İşlər Nazirliyində olduğunu və həbs edilən şəxslərlə görüşdüyünü bildirib. “Tutulan şəxslər burda nə cinayət törədibsə, onu istintaq aydınlaşdıracaq. Bəzi insanlara görə, böyük bir şirkətin adına ləkə gətirilməməlidir. Bizim Azərbaycandakı fəaliyyətimiz tam qanunidir”.

“Quest net” kompaniyasının Türkiyə, Orta Asiya və Azərbaycan üzrə nümayəndəsi Hanifi İşgörən də şirkət nümayəndələrini Azərbaycanda əhalini aldatmaqda və yalan məlumatlar verməkdə ittiham edib. “Mən Bakıya gəldiyimdə gördüm ki, burdakı insanlar “Quest net” barədə fərqli düşüncəyə malikdir. Bu işdə birdən-birə milyonlar qazanmaq mümkün deyil. Lakin burdakı nümyəndələrimiz əhaliyə yalan bilgi verib”.

Şirkətin hüquqi təmsilçisi Natiq Abdullayev isə həbs edilən təmsilçilərin heç bir günahının olmadığını bildirib. “Onların heç bir günahı yoxdur. Ona görədə saxlanılan 41 nəfərdən 37 nəfəri artıq azad edilib”. N. Abdullayev həmçinin “Quest Net” şirkətinin Azərbaycan agentliyinin hazırda 6 əməkdaşının həbsdə saxlanıldığını, onlardan ikisinin isə son günlərdə tutulduğunu bildirib. N. Abdullayev bir çox vətəndaşın şirkətdən məhsullarını ala bilməməsinə də aydınlıq gətirib: “Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həyata keçirdiyi əməliyyat zamanı ofisimizdəki məhsullar istintaqla əlaqədar götürülüb. Ona görə də biz vətəndaşlara satılmış həmin məhsulları verə bilməmişik. Şirkət satılmış 800-dən çox məhsulu tezliklə vətəndaşlara verəcək”.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə məlumat yayıb: “ Bu dəstə on minlərlə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə, 800-1500 ABŞ dollarına sataraq külli miqdarda qazanc götürüblər. Prosessual araşdırmalar göstərib ki, “Quest net” firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri Saatlı rayonunda anadan olmuş, 42 yaşlı Valeh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilmiş 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıb. Əməliyyat zamanı firmanın Bakıda 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılıb, o cümlədən şirkətin Azərbaycan Agentliyinin rəhbəri Mirvaleh Ağayev və onun üç yaxın əlaltısı həbs ediliblər “.

Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar