Qubada külək can alıb
10 Mart 2009 Çərşənbə Axşamı 14:30
Qubada küləkli hava şəraiti insan təlafatı ilə nəticələnib,Ağçayın daşması nəticəsində iki hissəyə bölünən Tülər kəndində xəstəxana çatdırıla bilməyən kənd sakini ölüb

 

Ötən gün axşam saatlarda şimal bölgəsində müşahidə edilən küləyin rayonlara vurduğu fəsadlar araşdırılmağa başlanılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, külək nəticəsində Qusar və Quba rayonlarına nisbətən çox ziyan dəyib. Belə ki, Qusarda güclü külək yağışla nəticələnib və rayonun Gündüzqala kəndindəki çayın daşması nəticəsində kənd iki hissəyə bölünüb. Nəticədə bu gün şagirdlərin və müəllimlərin bir qismi məktəbə gedə bilməyiblər.

 Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Alif Məmmədovun verdiyi məlumata görə, kəndə texnika göndərilib və çayın məcrasının dəyişdirilməsi üçün işlər aparılır. Bundan başqa qeyri-sabit hava nəticəsində bəzi kəndlərə gedən yollar bağlanıb. Külək 24 saylı seçki məntəqəsinin, həmçinin bir neçə binanın dam örtüyünü də  uçurub.
Qubada isə küləkli və yağışlı hava şəraiti insan təlafatı ilə nəticələnib. Belə ki, Ağçayın daşması nəticəsində Tülər kəndi iki yerə bölünüb. Nəticədə ürək xəstəsi olan kənd sakini Qismət Dəmirov xəstəxanaya aparıla bilməyib. Təcili yardım maşınları çayın o biri tərəfinə kimi gələ bilsələr də, xəstə olan hissəyə keçə bilməyiblər. Rayon icra başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasınnı sədri Yusif Abidov ANS PRESS-ə açıqlamasında bildirib ki, qısa vaxtda həmin ərazidə körpü salınacaq və artıq həmin əraziyə texnika göndərilib.
Ümumilikdə isə dünən günün ikinci yarsından başlayan külək nəticəsində rayon ərazisində 50-dən artıq elektrik dirəyi aşıb. Bir necə evin dam örtüyü uçub.

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar