Hadisə

Qəza nəticəsində “Neftçi”nin 2 işçisi həlak olub

Bakının “Neftçi” futbol klubunda bədbəxt hadisə üz verib.

· Xəbərçi
Qəza nəticəsində “Neftçi”nin 2 işçisi həlak olub
Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XX turu çərçivəsində Yevlaxda “Karvan”la oyundan qayıdan komandanın əməkdaşları qəzaya uğrayıblar. Belə kı, “Neftçi” klubunun 4 üzvünün əyləşdiyi avtomobil Bakı-Şamaxı yolunda qəzaya düşüb. Nəticədə iki nəfər dünyasını dəyişib, digər iki nəfər isə ağır yaralanıb. Vəfat edənlər və yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, həyatını itirən işçilərdən biri “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində çalışırmış. Digər vəfat etmiş şəxs isə klubun mühasibi olub. Yaralıların sürücü və operator olduğu deyilir. ANSPRESS

Şərhlər