Hadisə

Qazax sakini eyvandan yıxılıb öldü

Hadisə Bakının Nəsimi rayonu ərazisində baş verib.

· Xəbərçi
Qazax sakini eyvandan yıxılıb öldü
Bakıda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qazax rayon sakini Anar Nəsibov Nəsimi rayonu ərazisində yaşayan qohumu Rəşad Əhmədovun mənzilində olarkən ehtiyatsızlığı nəticəsində eyvandan yıxılıb.

Qeyd edək ki, o, hadisə yerində ölüb.

Şərhlər