Hadisə

Qardaş qatili 12 il iş aldı

Qardaş qatili 12 il iş aldı. Qəbələ sakini Elnur Kərimov qardaşı Seymuru öldürməkdə ittiham olunurdu.

· Xəbərçi
Qardaş qatili 12 il iş aldı
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qəbələ rayon sakininə hökm oxunub.

ANS PRESS-in məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Qəbələ rayonu, Vəndam qəsəbə sakini Elnur Kərimov 12 il müddətinə azadlıqdan məhrum edilib.

O, AR Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, E.Kərimiov 2009-cu ilin oktyabr ayında qardaşı Seymuru mübahisə zəminində bıçaqla qətlə yetimişdi. ANSPRESS

Şərhlər