Qarabağ müharibəsi veteranı özünü öldürüb
21 Dekabr 2009 Bazar Ertəsi 10:55
Azərbaycan paytaxtında intihar hadisəsi baş verib. Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Nizami rayonu, Çobanzadə küçəsi 73, mənzil 45-də yaşayan, 1960-cı il təvəllüdlü Füzuli Yüzbaşı oğlu Əliyev dekabrın 21-i, saat 01.00 radələrində ülgüclə venalarını kəsib. Hadisədən xəbər tutan ailə üzvləri F. Əliyevi dərhal xəstəxanaya çatdırsalar da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən isə APA-ya bildirilib ki, Qarabağ müharibəsi veteranı olan F. Əliyev son bir neçə ildə bizneslə məşğul olub.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. APA
DOSTLARINLA PAYLAŞ: