Azərbaycandan Türkmənistana gedən yük gəmisinin sərnişini dənizə düşüb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına görə, hadisə fevralın 17-də saat 09:30 radələrində baş verib. Bakı-Krasnovodsk marşrutu ilə hərəkət edən Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Qarabağ" yük gəmisindən 1 nəfər dənizə düşüb. Həmin şəxsin axtarışlarına nazirliyin Aviasiya dəstəsinin 1 vertolyotu və Xəzər Dəniz Neft Donanmasının 2 gəmisi cəlb edilib.
Hazırda axtarışlar davam edir. ANSPRESS
"Qarabağ" gəmisinin sərnişini dənizə düşüb
Hazırda həmin şəxsin axtarışları davam edir




Şərhlər