Hadisə

Qadın qadının çantasından pul oğurladı

Hadisə “Sədərək” ticarət mərkəzində baş verib

· Xəbərçi
Qadın qadının çantasından pul oğurladı
“Sədərək” ticarət mərkəzində oğurluq hadisəsi baş verib.
Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Əzət Quliyevanın çantasından 2230 manat, 600 rubl və şəxsi sənədləri oğurlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini Sevda Nuriyeva tutulub.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS

Şərhlər