Paytaxtdakı mənzildən külli-miqdarda pul oğulandı
05 Fevral 2010 Cümə 11:25
Hadisə Nərimanov rayonunda baş verib
Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi ev 28, mənzil 20-dən küllü miqdarda pul oğurlanıb.

Mənizilin sahibi, 1980-cı il təvəllüdlü Nərimanov rayon sakini, Bəhruz Sovet oğlu Məmmədovun bildirdiyinə görə, hadisə fevralın 3-də baş verib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxslər mənzilə qapıdan açar seçmə yolu ilə daxil olublar. Onlar 34.000 min manat və xeyli qızıl-ziynət əşyaları oğurlayıblar.

Oğruların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar