Hadisə

Paytaxtda ev yanıb, xəsarət alanlar var

Hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib

· Xəbərçi
Paytaxtda ev yanıb, xəsarət alanlar var
Bu gün Bakıdakı yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb. İnsident səhər saat 06.10 radələrində Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, dalan 1-də qeydə alınıb.

Fazil Fətəliyevə məxsus evdə baş verən yanğın qonşusu Zemfira Mədətovaya aid olan evədə keçib. Nəticədə hər iki evdə 250 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı xəsarət alan F.Fətəliyev və onun qonşusu Ceyhun Əliyev müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda hadisənin nə səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər