Parlamentin vitse-spikeri atəşə tutulub
    27 Yanvar 2010 Çərşənbə 19:10
    Parlamentin vitse-spikeri atəşə tutulub. Hadisə qonşu Dağıstanda baş verib.
    
                	 
    
         Naməlum şəxslər Dağıstan Milli Məclisinin sədr müavini Nikolay Alçiyevin maşınını atəşə tutublar. Xoşbəxtlikdən Respublika Parlamentinin vitse-spikeri xəsarət almayıb. 
İnsident Moskva vaxtı ilə təqribən 16:30-da Kaspiysk rayonundan keçən federal avtomobil yolunda qeydə alınıb. “VAZ-2109” markalı avtomobillə Mahaçqalaya gedən Alçiyevin maşınını ötüb keçən naməlum şəxslər ona atəş açmağa başlayıb. 
Hazırda hadisə yerində operativ əməliyyat tədbirləri həyata keçirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: