Oğurluq edən şəxs yaxalanıb
06 Mart 2009 Cümə 14:45
Cəzaçəkmə koloniyasında cəza çəkən Alik Ələsgərov oğurluq etməklə kifayətlənməyərək qız da qaçırıb

 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Talalıqışlaq kənd sakini Rəbiyyə Qeybullayevanın evindən oğurluq edən şəxsi yaxalayıblar. ANS PRESS-in gölgə müxbirinin məlumatına görə, bu, 35 yaşlı Çili kənd sakini Alik Ələsgərovdur. O, ögey xalasının evindən 100 manat pul, 150 manat dəyərində qızıl üzük, ayaqqabı və kostyum aparıbmış. İstintaq bölməsinin rəisi Əvəzağa Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, saxlanılan şəxs üst-üstə 9 il həbsdə olub. Hazırda isə o, Ədliyyə Nazirliyinin 15 saylı məntəqə tipli cəzaçəkmə koloniyasında cəza çəkir. İcazə alaraq azadlığa çıxan Alik Ələsgərov yalnız oğurluq etməklə kifayətlənməyib. O, həmçinin qız da qaçırıb. Oğurladıqlarını isə qaçırdığı qıza xəcləyib.

Faktla bağlı cinayət işi açılıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar