Nərimanov rayonunda ofis yanıb
08 Fevral 2010 Bazar Ertəsi 11:55
Nərimanov rayonunda ofis yanıb. Yanğın şüşə-qarnitur sexinin ofis hissəsində baş verib.
Ötən gecə paytaxtın Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
ANS-in məlumatına görə, rayonun Heydər Əliyev prospekti 103 ünvanında 400 kv.m ərazini əhatə edən yanğın şüşə-qarnitur sexinin ofis hissəsində baş verib.
Baş vermiş hadisəylə əlaqədar 2 saylı yanğın həyacanı verilib və əraziyə paytaxtın bir neçə rayonunun, o cümlədən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Faktla bağlı, Fövqəladə Hallar Nazirliyinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırmaya başlayıb.
Yanğının qəsdən və ya təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: