Hadisə

Neftçala sakini oğlunu döyərək öldürüb

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi güman edilir

· Xəbərçi
Neftçala sakini oğlunu döyərək öldürüb

Martın 3-də Neftçala rayonunun Bankə qəsəbə sakini Əli Fərəcov oğlu Hacıağanı döyüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xəsarətlərlə xəstəxanaya yerləşdirilən oğul bir gün sonra orada ölüb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi güman edilir. Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Fərəcov tutulub. /ANS PRESS/

Şərhlər