Naxçıvanda əsgəri intihara cəhd edib
24 Mart 2009 Çərşənbə Axşamı 15:25
Qurban İsmayılov xidməti silahı ilə baş nahiyəsindən özünü vurub

 

Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən “N”saylı hərbi hissəsinin əsgəri intihara cəhd edib. ANS PRESS-in məlumatına görə, Qurban İlham oğlu İsmayılov martın 19-da qarovulda olarkən xidməti silahı ilə atəş açaraq baş nahiyəsindən özünü vurub. O, xəsarətlə hərbi hospitala yerləşdirilib. Q. İsmayılovun vəziyyəti ağır olduğundan martın 20-də təyyarə ilə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Hərbi Hospitalına gətirilib. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən Q. İsmayılovun vəziyyəti ağırdır. Faktla bağlı Naxçıvan Hərbi Prokurorluğunda araşdırma aparılır.
Q. İsmayılovun xidmət etdiyi “N” saylı hərbi hissədən ANS PRESS-ə bildirilib ki, əsgər qorovulda xidmət zamanı özünü vurub. Qurban İsmayılovun intihara cəhd etməsinin səbəbi barədə məlumat verilməyib.
Əsgərin qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, Q. İsmayılov hərbi xidməti müddətində hər hansı probleminin olması barədə onlara heç nə deməyib.

Müdafiə Nazirliyindən faktla bağlı məlumat öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Q. İsmayılov 2008-ci ilin iyul ayında Göyçay Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. 
 /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar