Mollaların vəsiqə davası
30 Yanvar 2010 Şənbə 17:25
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib
Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur şəhərindəki məsciddə iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.
Hadisəyə səbəb məsciddə keçirilən yığıncaqda Qarxun kənd məscidinin mollası Qasım Məmiyevə müvafiq vəsiqənin verilməməsi olub. Bu səbəbdən yaranan münaqişə zamanı Q.Məmiyev bıçaqla Şərur rayonunun axundu Hacı Əkbəri və rayonun Siyaqut kənd mollası Qəzənfər Quliyevə ağır xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən Q. Məmiyev polis əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: