Hadisə

Məktəb gəmisi qəzaya uğrayıb

Kandaya aid gəminin sərnişinləri xilas edilib

· Xəbərçi
Məktəb gəmisi qəzaya uğrayıb
Rio de Janeyro yaxınlarında içərisində yalnız şagirdlərin olduğu Kanada gəmisi qəzaya uğrayıb.

Braziliya Dəniz Qüvvələrinin açıqlamasında gəmidə olan 64 nəfər şagirdin isə ətrafdakı gəmilərin köməyi ilə xilas edildiyi bildirilib.

Fevralın 8-də Braziliyanın şimal-qərbindən Uruqvaya istiqamətlənən gəminin "West Island College International" adlı məktəbə aid olduğu məlum olub.

Məktəbin nümayəndəsi də hadisənin baş verməsini təsdiqləyib.

Qeyd edək ki, bu məktəbdə şagirdlərə təhsil prosesində dünya səyahətinə çıxmaq imkanı yaradılır. ANSPRESS

Şərhlər