Bu gün saat 19:20 radələrində Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən evlərdən birində partlayış baş verib. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Zərdabi küçəsi, ev 10-da qaz sızmasından baş verib.
İnsident nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan ikisi az yaşlı uşaq, biri isə orta yaşlı kişidir.
Hadisə yerinə Sabunçu rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. ANSPRESS
Maştağa qəsəbəsində ev partlayıb
Maştağa qəsəbəsində ev partlayıb. Hadisəyə qaz sızması səbəb olub.




Şərhlər