Hadisə

Maşın qadını iki hissəyə bölüb

Hadisə Bakının Nərimanov rayonu ərazisində baş verib

· Xəbərçi
Maşın qadını iki hissəyə bölüb

Bu gün Bakının Nərimanov rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Ziya Bunyadov prospektində  İlqar Hüseynovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran maşının arxa hissəsi yolu keçmək istəyən 70-80 yaşlı naməlum qadına dəyib, piyada yıxılaraq avtomobilin arxa təkərlərinin altında qalıb. Nəticədə qadının bədəni iki yerə bölünüb. Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/

Şərhlər