Hadisə

Lökbatan qəsəbəsində içi dolu pul olan seyf oğurlandı

8 min manata yaxın pul olan seyfi oğurlamış şəxs saxlanılıb.

· Xəbərçi
Lökbatan qəsəbəsində içi dolu pul olan seyf oğurlandı
Lökbatan qəsəbəsində içində 8 min manata yaxın pul olan seyfi oğurlamış şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 13-nə keçən gecə, Lökbatan qəsəbəsində yaşayan İlham Əliyevin evindən, içərisində 7800 manat olan dəmir seyf və mobil telefon oğurlanıb.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Yardımlı rayon sakini, 1994-cü il təvəllüdlü Neymət Əlişov tutulub.

Şərhlər