Lənkəranda 76 yaşlı qadın yanaraq öldü
14 Noyabr 2011 Bazar Ertəsi 01:30
Ilkin ehtimala görə, yanğına mənzildəki odun sobasından düşən qığılcım səbəb olub.
Lənkəranda yanğın hadisəsi baş verib. Məlumata görə, hadisə şəhərin Anar Mahmudov küçəsi, 104 unvanında yerləşən və 20 ildən bəri fəaliyyət göstərməyən mebel fabrikinin həyətindəki köhnə fin tipli gözətçi məntəqəsində baş verib.
Hadisə zamanı fabrikin gözətçisi Mirmahmud Mircavad oğlu Həsənov və onun həyat yoldaşı, 1935-ci il təvəllüdlü Rəfiqə Həsən qızı Ələkbərova ümumi sahəsi 50 kv. metrlik 4 otaqlı mənzilin içərisində olublar.
M. Həsənov yanğından qaça bilsə də, onun həyat yoldaşı, 76 yaşlı Rəfiqə Ələkbərova içəridə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi yanğını söndürub. Onlar R. Ələkbərovanın cəsədini evdən çıxarıblar.
Ilkin ehtimala görə, yanğına mənzildəki odun sobasından düşən qığılcım səbəb olub.
Fakla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
DOSTLARINLA PAYLAŞ: