Hadisə

Lənkəran sakinləri biri-birini bıçaqlayıb

Hadisədə iştirak edən üçüncü şəxsdən silah tapılıb

· Xəbərçi
Lənkəran sakinləri biri-birini bıçaqlayıb
Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə mayın 14-də baş verib.

Lənkəran sakinləri Asif Nurullayev və Bayraməli Şabanov bir-birinə bıçaqla xəsarətlər yetiriblər. Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə B.Şabanovun bacısı oğlu Rasim Hüseynovun da iştirak etməsi müəyyən edilib. R.Hüseynov saxlanılıb və üstunə baxış zamanı 1 ədəd “TT” markalı tapança və 36 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər