Kosmik stansiyada yenidən təhlükə
23 Mart 2009 Bazar Ertəsi 17:00
Beynəlxalq kosmik stansiya yenidən təhlükə ilə üzləşib, On il əvvəl orbitə buraxılmış Çinə məxsus raketin sürətlə hərəkət edən qalığı stansiyaya yaxınlaşır

Beynəlxalq kosmik stansiya yenidən təhlükə ilə üzləşib. 10 il əvvəl orbitə buraxılmış,  Çinə məxsus raketin sürətlə hərəkət edən qalığının stansiyaya yaxınlaşdığını müşahidə edən NASA, bir neçə gün öncə kosmik stansiyaya göndərilən «Diskoveri» kosmik gəmisinin ekipajına açıq kosmosa çıxmamaq barədə xəbərdarlıq edib.
Bu, artıq «Diskoveri» kosmik gəmisinin orbitdə olduğu müddət ərzində üzləşdiyi ikinci belə təhlükədir. Bir neçə gün öncə də kosmosda hərəkət edən qalığın gəmi ilə toqquşma ehtimalı yarandığından, ekipaj üzvləri təcili olaraq Rusiyanın «Soyuz» kosmik gəmisinə köçürülmüşdü. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar