Hadisə

Kağız emalı sexində yanğın baş verib

Əraziyə Nizami rayon Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub

· Xəbərçi
Kağız emalı sexində yanğın baş verib

Bu gün səhər saatlarında, Bakının Nizami rayonu ərazisində, Keşlə qəsəbəsində yanğın baş verib. Fəaliyyəti dayandırılmış ət kombinatının ərazisində yerləşən kağız emalı sexini alov bürüyüb. Dərhal əraziyə Nizami rayon Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda alovun qarşısını almaq üçün tədbirlər davam etdirilir. Yanğının baş vermə səbəbləri bilinmir. /ANS TV/

Şərhlər