İtkin düşən uşaqları Hövsan qəsəbəsində görüblər
13 Yanvar 2010 Çərşənbə 13:05
Təhqiqatçısı Telman Abbasov: "Bu məlumat dəqiqləşdirilir"
2 gün əvvəl Bakı şəhərində itkin düşən azyaşlı uşaqlar hələ də tapılmayıb.
Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsinin təhqiqatçısı Telman Abbasovun ANS PRESS-ə verdiyi məlumata görə, axtarışlar hələ davam etdirilir. Onun sözlərinə görə, uşaqları bu gün səhər saatlarında Hövsan qəsəbəsində görən olub və bu məlumat dəqiqləşdirilir.
Qeyd edək ki, 6-cı sinif şagirdi olan Mahmudov Həsən Albert oğlunun xəbərsiz olaraq evdən getməsi ilk dəfə deyil. Telman Abbasovun ANS PRESS-ə verdiyi məlumata görə, əvvəllər də evi tərk edən azyaşlı, daha sonra özü geri qayıdıb.
Xatırladaq ki, Hövsan qəsəbə sakinləri 11 yaşlı Mahmudov Həsən Albert oğlu və onun qonşusu 14 yaşlı Xallıyev Əhməd Telman oğlu 2 gün əvvəl məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: