Hadisə

İsmayıllı rayonunda məktəbli intihar edib

İsmayıllı rayonunun Talıstan kəndində 11-ci sinif şagirdi özünü öldürüb. Bu barədə APA-ya İsmayıllı rayon Prokurorluğundan məlumat verilib.

· Xəbərçi
İsmayıllı rayonunda məktəbli intihar edib
Hadisə ötən gün baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Səbuhi Sabirli yaşadığı evin həyətində yerləşən damda özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur. S. Sabirlinin Talıstan kənd orta məktəbinin 11-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. APA

Şərhlər