Hadisə

İsmayıllı`da qətl hadisəsi

Fəxrəddin Dəmirov güllə yarası ilə xəstəxanaya aparılarkən yolda ölüb

· Xəbərçi
İsmayıllı`da qətl hadisəsi

İsmayıllı rayonunun Basqal kənd sakini Qorqud Nağıyev həmkəndlisi Fəxrəddin Dəmirovu güllələyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 2-də baş verib. F.Dəmirov güllə yarası ilə xəstəxanaya aparılarkən yolda ölüb. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları Q.Nağıyevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. /ANS PRESS/

Şərhlər