İlin ilk intihar hadisəsi Qusarda qeydə alınıb
03 Yanvar 2010 Bazar 15:40
İlin ilk intihar hadisəsi Qusarda qeydə alınıb. İki uşaq atası özünü ağacdan asaraq intihar edib.
İlin ilk intihar hadisəsi Qusar rayonunda olub. Yanvar ayının 1-i rayon sakini, 1967-ci təvəllüdlü Münbər Dəmir oğlu Qurbanov özünü yaşadığı evin dbin həyətindəki ağacdan asaraq intihar edib.
Hadisə barədə məlumat Qusar Polis Şöbəsinin növbətçi hissəsinə saat 21:15-də daxil olub.
Qusar prokurorluğunun müstəntiqi İsmayıl Ağayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə rayonun Müktədir küçəsi, 41 a ünvanında baş verib. Qohum və qonşularının bildirdiyinə görə, iki uşaq atası olan M.Qurbanovun heç kimlə problemi olmayıb. Ailə üzvlərinin dediyinə görə, mərhumun əsəb sistemində problemləri olub.
Faktla bağlı rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb və araşdırma aparılır.

Xatırladaq ki, 2010-cu ilin ikici intihar hadisəsi isə Cəlilabad rayonunda qeydə alınıb. Rayonun Ocaqlı kənd sakini, 12 yaşlı Sadıqova Zülfiyyə Mirzəxan qızı özünü yaşadığı evin yardımçı tikilisində asaraq intihar edib. Ailəsinin bildirdiyinə görə, yeniyetmə ruhi xəstə olub və şizofreniya xəstəliyindən əziyyət çəkirmiş.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar