Hündürmərtəbəli binada yanğın baş verib
05 Mart 2009 Cümə Axşamı 10:10
Yanğın binanın blokunda yerləşən elektrik naqillərində başlayıb və tədricən bütün bloku əhatə edib

 

Bu gecə saat 22.00 radələrində Bakının Nəsimi rayonu Zərifə Əliyeva və Rixard Zorge küçələrinin kəsişməsində yerləşən hündürmərtəbəli binada yanğın baş verib. ANS-in məlumatına görə, binanın 3 mərtəbəsini alov bürüyüb. Dövlət Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən maşını hadisə yerinə cəlb olunub və alov təxminən yarım saatdan sonra söndürülüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları faktla bağlı araşdırma aparır. Yanğının baş vermə səbəbini müəyyən etmək üçün bir neçə versiya nəzərdə keçirilir. İlkin məlumata görə, yanğın binanın blokunda yerləşən elektrik naqillərində başlayıb və tədricən bütün bloku əhatə edib.

Qeyd edək ki, bina sakinlər tərəfindən tam məskunlaşmayıb və yanğın zamanı xəsartə alan olmayıb./ANSTV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar