Həbsxanaya heroin keçirmək cəhdinin qarşısı alınıb
11 May 2011 Çərşənbə 22:05
Makaron dənələrinin arasından 50 ədəd bükümdə heroin aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Seyidov Rövşən Eldar oğlunun yanına qısa müddətli görüşə gəlmiş anası Əzimova Şəfiqə Səməd qızının gətirdiyi sovqata baxış keçirilən zaman sovqatın arasında çəkisi 500 qram olan, üzərində "Doymak" makaron məmulatları yazılmış 2 ədəd selofan torbanın içərisindəki makaron dənələrinin arasında polietilen materiallara bükülərək yerləşdirilmiş 50 ədəd bükümdə, ümumi çəkisi 23,310 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: