Hadisə

Gün ərzində 39 cinayət hadisəsi baş verib

Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılıb

· Xəbərçi
Gün ərzində 39 cinayət hadisəsi baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 39 cinayət faktı qeydə alınıb. Onların 30-u “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər yaralanıb.
Həmçinin ölkədə 1 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub. ANSPRESS

Şərhlər